İran İsraili niyə Təbrizdən vurdu? – 3 sensasion səbəb
İranın İsrailə 1 oktyabrdakı raket hücumunun ən diqqətçəkən detalı atəşin həm də Təbriz və Güney Azərbaycanın digər ərazilərindən açılması idi.
Raketlər niyə məhz Təbrizdən atılıb?
Milli.Az globalinfo.az-ın yazısını təqdim edir:
Birincisi, İran İsrailin 1 oktyabrdakı raket hücumuna daha sərt cavab zərbəsi vuracağını yaxşı bilir. Təcrübəyə əsaslansaq, ilk hədəf adətən hücumun edildiyi bölgə, obyekt və ya məkan olur. Yəni məntiqlə İsrail cavab zərbəsini ilk Təbrizə endirməlidir. Fikrimcə, İran Tehran, İsfahan, Yəzd, Məşhəd, Kirman, Bəndər-Abbas kimi ərazilərin vurulmaması üçün Təbrizi və Güney Azərbaycanın digər şəhərlərini hədəfə gətirir.
İkincisi, Təbriz sırada şəhər deyil və İsrailin buranı vurması proseslərin seyrini dəyişə bilər. İran bunu yaxşı bilir. Hər şeydən öncə Təbriz Güney Azərbaycanın mərkəzi şəhəridir. Əhəlinin mütləq əksəriyyəti isə müsəlman azərbaycanlılardır. İsrail Tərbizdəki hərbi obyektləri vurduğu an İran bunu "İsrail Təbrizi vurdu" ya da "İsrail azərbaycanlılara soyqırım" edir kimi təqdim edəcək. Bu isə öz növbəsində həm dünya azərbaycanlılarının, həm də türk dünyasının İsrailə qarşı cəbhə almasına səbəb ola bilər.
Onu da deyim ki, son illərdə İsrail-Güney Azərbaycan məsələsi olduqca aktivdir və bu, Tehranı narahat edir. Əslində, İsrailin Təbrizi vurması İran üçün göydəndüşmə olar.
Üçüncüsü, İsrailin Təbrizi vurması Təl-Əvivlə Bakının arasını aça bilər. Hətta belə bir addımın atılmasının iki ölkənin münasibətlərinin gərginləşməsinə səbəb olması da mümkündür. Bakı və bütövlükdə Azərbaycan xalqı belə bir hücumu heç bir halda təmkinlə qarşılamaz. Azərbaycan ictimaiyyəti də məsələyə səssiz qalmaz və İsrail ciddi tərəfdar itirər. Bu da İranın arzuladığı ssenaridir.
Nəticə etibarilə İran İsrailə raket hücumunu Təbrizdən edərək yuxarıda qeyd etdiklərimə nail olmaq istəyir. İstisna deyil ki, İsrail də bu tələni sezib. Yəni Təl-Əvivin Bakıya rəğmən Təbrizi vurması real deyil. Lakin İsrail 1 oktyabrdakı raket hücumuna gec-tez cavab cavab verəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi





