Siyasət

Səfir: Almaniya Azərbaycanı COP29 sədri kimi ilk gündən dəstəkləyib

3 Oktyabr 2024 20:22
Baxış: 1 531

Almaniya Azərbaycanı COP29 sədri kimi ilk gündən dəstəkləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman Almaniyanın Birlik Gününə həsr olunmuş tədbirdə deyib.

"Biz Azərbaycanı bu prosesdə ilk gündən dəstəkləyirik, çünki biz bu tədbiri, burada hədəflərə nail olmağı planetimiz üçün bir fürsət kimi görürük. COP29-un bir uğura çevrilməsi Almaniyanın marağındadır", deyə səfir bildirib.

Diplomat deyib ki, Almaniya yaşıl enerji keçidini, yaşıl iqtisadiyyatı dəstəkləyir və bu istiqamətdə fəal addımlar atır: "COP29 həm də Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı olub və bu, ümidvericidir. Azərbaycan və Ermənistan heç vaxt olmadığı qədər sülhə yaxındır, Almaniya bu prosesdə hər iki ölkəni dəstəkləyir. Biz inanırıq ki, Cənubi Qafqazda yaxın gəlcəkdə sülh bərqərar olacaq və Almaniya olaraq prosesə töhvə verməyə hazırıq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.