Siyasət
Azərbaycanın Gürcüstandakı səfiri Telavi rayonunun Qaracalar kəndində olub
26 May 2010 16:39
Baxış: 525
Səfər Azərbaycan Xalq Cümhuriyyətinin 92-ci ildönümü münasibətilə keçirilən tədbir çərçivəsində reallaşıb. Bu barədə nümayəndə heyətinin verdiyi məlumatda deyilir.
Səfir Kaxetiyanın Telavi rayonunun ən böyük kəndi Qaracaların sakinləri ilə Laqodexi rayonunun Uzun Tala, Gəncəli və Qabal kəndləri sakinlərinin də iştirak etdiyi görüş keçirib. Görüşdə məktəblərin su və enerji ilə təminatı, yolların vəziyyəti, azərbaycanlıların yaşayış tərzi ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin qeyd olunub ki, son dövrlərdə hökumət regionun inkişafına böyük diqqət göstərir. Bununla yanaşı, kəndlilər məktəblərin təmiri və onların müvafiq dərsliklərlə təminatı ilə bağlı öz fikirlərini irəli sürüblər. Həmçinin Kaxetiya regionunun azərbaycanlı icmasının nümayəndələri yolların təmiri və Azərbaycan kəndlərinin qazla təminatı üçün vəsait ayrılmasının vacibliyini vurğulayıblar.
Söhbət əsnasında səfir Azərbaycan-Gürcüstan əlaqələrinin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın əsas istiqamətləri, həmçinin Gürcüstanla Azərbaycan arasında münasibətlərin gələcək inkişafı və gücləndirilməsi imkanlarına da toxunub. Azərbaycanlıların Gürcüstan ictimaiyyətinə inteqrasiyası prosesinin gücləndirilməsi məqsədilə təhsil, infrastruktur və digər layihələrin həyata keçirilməsi ilə bağlı məsələlərin vacibliyi qeyd olunub. Görüş Gürcüstanda bələdiyyə seçkiləri ərəfəsində keçirildiyinə görə səfir əhalinin seçkilərdə iştiraketmə fəallığı ilə də maraqlanıb. Gürcüstan azərbaycanlılarının gürcü xalqı ilə birlikdə hər zaman dövlətin ərazi bütövlüyü, demokratiyası, suverenliyinin bərqərar olmasında oynadığı rol xüsusilə vurğulanıb.
Səfir həmçinin kənd məktəbi, məscidi və uşaq bağçasına baş çəkib. Namiq Əliyev kənd məktəbinin kitabxanasına Azərbaycan dilində, latın əlifbası ilə nəşr olunmuş kitablar və jurnallar verib. Görüşlərdə səfirlə yanaşı, qubernator ofisi və yerli bələdiyyə strukturlarının nümayəndələri də iştirak ediblər.

/Trend/
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və Gürcüstan arasında dini sahədə münasibətlər müzakirə olunub
-
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - (Foto) (Video)
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib
-
Azərbaycan XİN-dən Polşa ilə bağlı paylaşım - (Foto)
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
XƏBƏR LENTİ
-
"Trabzonspor"un futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı
-
Azərbaycan millisi 7 qol buraxdı
-
Əməkdar artist oğluna toy etdi - (Foto)
-
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında səmimi dialoq - (Foto)
-
Gəncədə avtobus işıq dirəyinə çırpıldı
-
Bakıda hava kəskin dəyişir: Leysan yağacaq - Bu tarixlərdə
-
Nəfəsdən fanatlarına hörmətsizlik: Dediyi söz müzakirə yaratdı - (Video)
-
DYP adından SMS göndərirlər, kart məlumatlarını ələ keçirirlər - Xəbərdarlıq
-
Sevil-Sevinc: "Çox erkən yaşda ailə başçımızı itirdik" - (Foto)
-
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
-
Azərbaycanda taksi qiymətləri artacaq?
-
Azərbaycan və Gürcüstan arasında dini sahədə münasibətlər müzakirə olunub
-
Xəstəxanada başlayan tanışlıq möcüzə yaratdı: Atalar bir-birinin övladını xilas etdi - (Video)
-
Ev almaq istəyənlərə şad xəbər - İpoteka müraciətləri başlayır
-
Astarada sərnişin mikroavtobusu aşdı - 10-dan çox yaralı var - (Yenilənib)
-
Ərdoğan Azərbaycana təşəkkür etdi
-
5 gündə 90 mindən çox sərnişin - Bakıdan bölgələrə böyük axın
-
Xocavənddə traktor minaya düşdü - Yaralanan var
-
"Fənərbağça" Dirk Kuytı göndərdi
-
Ət, süd, meyvə-tərəvəz bahalaşacaq?
-
Sərxan Kərəmoğlu özünə qəbir qazdırıb, məqbərə tikdirdi - (Video)
-
BDU-da tələbələr dərsdə domino oynadılar - (Video)
-
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
Vəfa Şərifova sevgilisi ilə görüntüsünü paylaşdı - (Video)