Siyasət

ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək - Blinken

16 Sentyabr 2024 18:54
Baxış: 601

ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.