ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcək.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.
O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.
Milli.Az