Siyasət

İlham Əliyev: Ermənistan Konstitusiyası dəyişdirilməlidir

30 Avqust 2024 13:02
Baxış: 1 561

Prezident İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən regional vəziyyətə toxunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev deyib ki, Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır.

Dövlət başçısı vurğulayıb ki, bunun üçün özünün artıq dəfələrlə qeyd etdiyi kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və Konstitusiya dəyişdirilməlidir.


Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.