Siyasət

Azərbaycanda idmançılara xüsusi paralimpiya təqaüdü veriləcək

24 İyul 2024 15:52
Baxış: 683

Azərbaycanda idmançılara xüsusi paralimpiya təqaüdü veriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev "Bədən tərbiyəsi və idman haqqında" qanunda edilən dəyişikliyi təsdiqləyib.

Qanunun 59-cu maddəsinə (Yüksək dərəcəli idmançıların və idman işçilərinin əməyinin qiymətləndirilməsi) təklif edilən dəyişikliklə bədən tərbiyəsi və idman sahəsində göstərdikləri böyük xidmətlərə və əldə etdikləri yüksək nailiyyətlərə görə Azərbaycan Respublikasının vətəndaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi olimpiya və paralimpiya təqaüdləri, fərdi təqaüdlər, dövlət mükafatları və fəxri adlar verilə bilər.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.