Avropa Yenidənqurma və İnkişaf Bankının gizli üzü: erməni separatizminə dəstək
Bir neçə gün öncə Qarabağ separatçılarının rəhbərliyi altında yaradılan "Artsax" Xalqının Maraq və Hüquqlarını Müdafiə Birliyi" (The Union for Protection of the Interests and Rights of the Artsakh People) adlı qeyri-hökumət təşkilatının maliyyələşməsində qonşu Gürcüstan Respublikasının aparıcı bankı hesab edilən "Bank of Georgia"-nın yaxından iştirak etdiyini üzə çıxarmışdıq.
Milli.Az bildirir ki, Adıçəkilən təşkilatın yaranma missiyası Ermənistanda və bütün dünyada "köçkün" olaraq yaşamağa davam edən qarabağ ermənilərinin kollektiv hüquqlarını müdafiə etmək, onların maraqlarını beynəlxalq platformalarda təmsil etmək, dünyanın diqqətini Qarabağ ermənilərinin məsələlərinə cəlb etməklə separatizmi dirçəltməkdir.
Təşkilatın maliyyələşdirilməsi vətəndaşlar tərəfindən ediləcək ianələrlə gerçəkləşir və bu proses Ermənistanda fəaliyyət göstərən "AMERIABANK" vasitəsi ilə həyata keçirilir. Yeni başladılan separatçı fəaliyyətin maliyyələşməsini təmin edən AMERIABANK-ın səhmlərinin 90%-i Gürcüstan Respublikasının lider bankı "Bank of Georgia"-ya aid olsa da, yerdə qalan 10%-lik səhm "Avropa Yenidənqurma və İnkişaf Bankı" (European Bank for Reconstruction and Development)-na məxsusdur.
Şəkil 1. "Avropa Yenidənqurma və İnkişaf Bankı"-nın AMERIABANK-da məxsus olduğu səhm miqdarı

Şəkil 2. "Avropa Yenidənqurma və İnkişaf Bankı" tərəfindən AMERIABANK-da hissə alınması, 2015-ci il

AMERIABANK ilə "Avropa Yenidənqurma və İnkişaf Bankı" arasında hissələrin alınması ilə bağlı məsələlər ilk dəfə 2015-ci ildən etibarən başlanıb. Məhz həmin ilin dekabr ayında bank tərəfindən 40 milyon ABŞ dolları həcmində investisiya qarşılığında AMERIABANK-ın səhmlərinin 20,6%-i əldə edilib[1]. Uzun müddət AMERIABANK Rusiya Federasiyasında yaşamış erməni milyarder Ruben Vardanyana məxsus olsa da, bu ilin fevral ayında bankın hissələrinin satışı həyata keçirilib. Məlumat üçün bildirək ki, bankın səhmdarlarının dəyişməsindən öncə bankın hissələrinin 48,82%-i "Imast Group (CY) Limited", 17,71%-i "Avropa Yenidənqurma və İnkişaf Bankı" (EBRD), 13,91%-i "Asiya İnkişaf Bankı", 12,05%-i isə "ESPS Holding Limited"-ə məxsus idi[2]. Cari ilin əvvəlində baş verən dəyişiklikdən sonra "Avropa Yenidənqurma və İnkişaf Bankı" (European Bank for
Reconstruction and Development) - nın hissələrində azalma baş versə də, göründüyü kimi adı çəkilən bank hissədar olaraq mövqeyini qoruyub saxlamağa davam edir.
Mənzil qərargahı Londonda yerləşən "Avropa Yenidənqurma və İnkişaf Bankı" ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq 1992-ci ildən etibarən başlayıb və hazırda ikitərəfli əməkdaşlıq 2019-2024-cü illəri əhatə edən Ölkə üzrə Strategiya sənədi ilə tənzimlənir. Azərbaycanla kifayət qədər geniş çərçivədə fəaliyyət göstərən, strateji hesab edilən enerji və digər sektorlardakı layihələrin maliyyələşdirilməsində birbaşa iştirak edən "Avropa Yenidənqurma və İnkişaf Bankı"-nın erməni separatizmini dirçəltməyi hədəfləyən bir layihədə dolayı yollada da olsa iştirakı qəbul edilən deyil.
"Avropa Yenidənqurma və İnkişaf Bankı" beynəlxalq təcrübəyə uyğun olaraq bütün biznes əməliyyatlarında dürüstlük və yüksək etik standartları təşviq etməyə sadiq olduğunu rəsmən bildirən beynəlxalq maliyyə qurumudur. Bank tərəfindən korrupsiya, çirkli pulların yuyulması və saxtakarlıqla bağlı qaldırılan iddiaları araşdırmaq və sadalanan problemləri həll etmək məqsədi ilə Baş Komplayns Ofisi (EBRD's Office of the Chief Compliance) fəaliyyət göstərir.
Azərbaycanın suveren ərazilərinə iddia edən separatçı fəaliyyətin maliyyələşdirilməsində "Avropa Yenidənqurma və İnkişaf Bankı" (European Bank for Reconstruction and Development) -nın səhmdarı olduğu AMERIABANK-ın iştirak etməsi beynəlxalq cinayətdir. Həmçinin adı çəkilən bankın bu fəaliyyəti beynəlxalq komplayns qaydalarının pozulmasıdır. Korporativ biznes etikası və dünyada qəbul edilən beynəlxalq maliyyə prinsipləri nəzərə alındıqda, Avropa Yenidənqurma və İnkişaf Bankı-nın Azərbaycanın ərazi bütövlüyünə qarşı formalaşdırılmış layihənin maliyyələşməsində iştirak etməsi qəbul edilən hal deyil.
Ümid edirik ki, Bankın Baş Komplayns Ofisi (EBRD's Office of the Chief Compliance) tərəfindən Azərbaycan Respublikası ilə "Avropa Yenidənqurma və İnkişaf Bankı" arasında qurulan strateji əlaqələrin ruhuna uyğun olmayan bu addım tezliklə aradan qaldırılacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
XƏBƏR LENTİ
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"





