Siyasət

"Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması ikitərəfli yoldur" - VİDEO - FOTO

28 İyun 2024 10:53
Baxış: 565

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, verilişin qonağı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova olub.

O, Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən danışaraq qeyd edib ki, incəsənət xadimlərinin təmasları vasitəsilə sülhün əldə olunması ikitərəfli yoldur.

"Burada təkcə Azərbaycanın və Azərbaycanın mədəniyyət xadimlərinin xoş məramı kifayət etmir. Ermənistanın ziyalıları tərəfindən xoş məram və anlayış mütləqdir. Onların da, eləcə də, bizim xalqımızın nümayəndələrinin də düşüncələri sülh məcrasına yönəlməlidir. Biz qonşuluqda yaşamağa məhkumuq. Ona görə də bir-birimizlə yola getməliyik. Heç olmasa, nəyinsə təsviri deyil, səmimi anlayış olmalıdır", - C.Mahmudova deyib.

Verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırırıq:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.