Brüssel yenə Bakıya üz tutdu
Avropa İttifaqının məmurları Azərbaycanın təbi qazıın Ukraynadan keçmək şərtilə Avropaya nəql etmək planı ilə Bakıya müraciət ediblər.
Aİ ilə yanaşı, təbii qazın nəql oluna biləcəyi marşrutun keçəcəyi və tranzit məkan funksiyasını yerinə yetirəcək ölkələr də Bakıya üz tutublar.
Nüfuzlu "Politico" nəşrinin verdiyi xəbərə görə, rəsmi Bakı hazırda təklifləri nəzərdən keçirir. Daha doğrusu, Aİ-nin təklifi ilə bağlı prosesə hansı töhfəni verə biləcəyini Azərbaycan götür-qoy edir.
Mümkün layihənin perpsektivləri və müddətlər bəlli deyil. Təkliflər Avropa İttifaqının enerji təhlükəsizliyi və təbii qaz təminatı marşrutlarının diversifikasiyası ilə bağlı olduğundan rəsmi Bakı məsələyə çox ciddi yanaşır.
Adının çəkilməsini istəməyən avropalı diplomatlardan biri "Politico"ya bildirib: "Məsələ ilə bağlı nələrsə yaşanır. Təbii qaz təminatı marşrutlarının təhlükəsizliyinə yaranan riskləri görürük. Xüsusilə də Avropa qaz sistemi infrastrukturundakı mövcud maneələr səbəbindən Ukrayna ərazisindən təbtii qaz tranzitinin məhdudlaşması və ya dayanması məsələsində".
Avropa Komissiyasının enerji siyasəti üzrə qurumunun nümayəndəsi Tim Makfi isə hesab edir ki, alternativ təbii qaz təminatı marşrutlarının axtarışında qurum Aİ ölkələri ilə sıx əməkdaşlıq edir.
"Bloomberg" agentliyi bildirir ki, Rusiya ilə anlaşmanın müddətinin bu il başa çatmasından sonra Ukrayna ərazisindən təbii qaz nəqlinin təminatı ilə bağlı Avropa şirkətləri və Aİ ölkələri müzakirələr aparırlar.
Mümkün variantlardan birinin Aİ ölkələrinin Azərbaycandan təbii qazı satın alaraq onu Rusiyanın boru kəmərləri vasitəsilə Avropaya nəql etməkdir.
Baş verənlər yetərincə maraqlı proseslərdir.
Belə ki, Avropa İttifaqı Ukrayna ərazisindən keçməklə Avropaya təbii qaz nəqli marşrutunun fəaliyyətini tənzimləyən müqavilənin müddətinin ilin sonunda başa çatacağını görür və həmin marşrutdan Rusiyanı kənarlaşdırmaq üçün alternativ arayır.
Sözügedən alternativ mənbə qismində Aİ Azərbaycanı optimal variant hesab edir.
Halbuki bir müddət əvvələdək Avropa İttifaqının və Avropa Komissiyasının yüksək mənsəbli məmurları qətiyyətlə bildirirdilər ki, "digər mənbələrdən yetərli həcmdə təbii qaz alınır və bu səbəbdən Ukrayna ərazisindən keçən, Rusiyanın "mavi yanacağı"nı Avropa İttifaqına nəql edən marşrut dayanarsa heç bir problem yaranmayacaq".
Halbuki vəziyyət əsla belə deyil. Avropa İttifaqının bir sıra ölkələrində təbii qaz təminatı ilə qıtlıq yarana bilər. Slovakiya və Macarıstanda elektroenergetika sektorundan tutmuş, fərdi evlərin isidilməsinədək bir çox sahə idxal edilən təbii qazdan asılı olduğundan, ciddi problemlər yaşanar.
Xatırladaq ki, 2019-cu ilin sonunda Rusiya, Avropa İttifaqı və Ukrayna arasında aparılmış üçtərəfli danışılar nəticəsində Moskva ilə Kiyev arasında "Qazprom"la "Naftoqaz" arasındakı məhkəmə mübahisələri və qarşılıqlı iddiaların tənzimlənməsi, habelə 5 il müddətli yeni tranzit müqaviləsi barədə sənədlər paketi imzalanmışdı.
Sənədlərin şərtlərinə görə, "Qazprom" 2020-ci ildə Ukrayna ərazisindən keçməklə Avropa İttifaqına 65 milyard kubmetr, 2021-2024-cü illərdə isə hər il 40 milyard kubmetr qaz nəql etməliydi.
Ukrayna prezidenti Volodimir Zelenski o vaxt bəyan etmişdi ki, anlaşma nəticəsində Kiyevin əldə edəcəyi xalis gəlir minimum 7 milyard dollar olacaq.
2022-ci ildə Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan sonra Moskva Qərbin sanksiyalarına cavab olaraq Aİ-yə təbii qazı rublla satacağını bildirdi, bir sıra Aİ ölkələri alternativ mənbələrə üz tutdular, Ukrayna marşrut boru kəmərinə məhdudiyyət tətbiq etdi.
Ukraynanın energetika naziri German Qaluşenko bəyan etmişdi ki, tranzit müqaviləsinin vaxtının uzadılması ilə bağlı Rusiya ilə danışıqlar aparılmayacaq. Lakin ötən ili Slovakiyanın baş naziri Robert Fiso ukraynalı həmkarı Denis Şmıqalla danışıqlardan sonra tranzitin 2025-ci ildə də davam edəcəyini istisna etməmmişdi. Rəsmi Kiyev isə yenidən bildirdi ki, müqavilənin vaxtı uzadılmayacaq. Fəqət, Kiyev rəsmiləri indiyədək dəfələrlə rəsmi və qeyri-rəsmi şəkildə bəyan ediblər ki, mövcud boru infrastrukturu vasitəsilə Azərbaycanın təbii qazının Avropa İttifaqına nəqlini "ən məqbul variantlardan biri" hesab edirlər.
Ukraynadakı boru şəbəkələri vasitəsilə təbii qaz Slovakiya və Moldovaya ötürülür. Slovakiyadan "mavi yanacaq" Avstriyaya, Avropanın ən böyük qaz hablarından olan Baumqartenə, oradan da qismən Macarıstan və İtaliyaya nəql olunur. Lakin əsas həcm indiyədək Avstriyada və Slovakiyada istehlak edilib.
2023-cü ildə Ukrayüna vasitəsilə Avropa İttifaqına 15 milyard kubmetr təbii qaz nəql olunub ki, yanacaq əsasən Polşaya, Slovakiyaya, Macarıstana, Rumıniyaya və Moldovaya çatdırılıb.
Avropa İttifaqının bir sıra dövlətləri, xüsusilə də Mərkəzi Avropa ölkələri Ukraynadakı mövcud boru kəməri marşrutu vasitəsilə Azərbaycandan təbii qaz almağı ən məqbul variant hesab edirlər.
Hazırda rəsmi Bakı Avropa İttifaqının 8 ölkəsinə təbii qaz satır. Hazırda yaşanan olaylar və cərəyan edən proseslər göstərir ki, çox yaxın zamanlarda Azərbaycanın təbii qazını satın alacaq Aİ ölkələrinin sayı əhəmiyyətli dərəcədə arta bilər.
Rusiyadan təbii qaz nəqlinin dayandırılmasının ən ağır nəticəsini Slovakiyaya görəcək. Məhz bu səbəbdən Slovakiyanın baş naziri Robert Fiso Bakıya səfər edərək Azərbaycandan təbii qazı satın almaq üçün "gərəkli bütün siyasi addımların atılacağı"nı deyib.
Ukrayna vasitəsilə Avropa İttifaqı ölkələrinə qaz tranzitininsə iki variantı var: Azərbaycanın təbii qazı Rusiyaya, oradan mövcud marşrutla Ukraynaya ötürülür, yaxud da Azərbaycan Rusiyaya "svop" əsasında təbii qazı verir, Rusiya da hazırda işlək olan marşrutla eyni həcmdə təbii qazı Ukraynaya nəql edir.
İCİS şirkətininr analitiki Aura Sabadusun dediyinə görə, istənilən halda Avropa İttifaqı və Ukrayna kimi, Rusiya da Azərbaycan qazının Aİ-yə nəqlində çox maraqlıdır: "Unutmayaq ki, Qərbin Moskvaya tətbiq etdiyi genişmiqyaslı sanksiyalar nəticəsində Rusiyanın "Qazprom" şirkəti ağır maliyyə prolemləri ilə üzləşib. Hasilat səviyyəsi aşağı düşməklə yanaşı, Rusiya təbii qazını satmaq üçün yeni imkanlar arayır. Üstəlik, "Qazprom" 1999-cu ildən bəri ilk dəfə ili maliyyə itkiləri ilə başa vurub. Habelə, Ukrayna vasitəsilə təbii qazın nəqlinin tam dayandırılması Mərkəzi Avropa ölkələrində istehlakçılar üçün təbii qazın bahalaşmasına səbəb ola bilər".
A.Sabadus hesab edir ki, yaranmış şərait nəzərə alınarsa, Azərbaycanın təbii qazı həmin ölkələr üçün yaxşı alternativdir.
2022-ci ildə Bakıya rəsmi səfəri zamanı Avropa Komissiyasının sədri Ursula fon der Lyayen rəsmi Bakı ilə Azərbaycandan Avropa İttifaqına təbii qaz nəqlinin həcminin effektiv şəkildə ikiqat artırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalamışdı.
Der Lyayen ölkəmizi "Avropa İttifaqının ən önəmli enerji tərəfdaşlarından biri" adlandırmışdı.
Avropa Parlamentində, Avropa Şurasının Parlament Assambleyasında və s. panavropa təşkilatlarında Azərbaycana qarşı marazm həddinə çatan qərəzli münasibət sərgiləyən deputatlar, məmurlar və siyasətçilərin bəyanatları, qəbul edilən əsassız və absurd sənədlər Bakı ilə Brüssel arasındakı əməkdaşlığa qarşı yönəlmiş siyasi diversiyalardır.
Azərbaycan Aİ ilə əməkdaşlıqla tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsində, mənafelərin qarşılıqlı şəkildə təminatı və nəzərə alınması şərtilə daha sıx işbirliyində maraqlıdır.
İndi söz Brüsseldədir...
Elçin Alıoğlu
TREND
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
XƏBƏR LENTİ
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Əməkdar artistin vəziyyəti ağırdır, həkimlər ümidini itirib
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)





