Siyasət

"Qərar verin, ya Rusiya, ya da AB..."

28 May 2024 23:42
Baxış: 2 504

Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin qarşısına toplaşan "Xarici agentlər haqqında" qanunun əleyhdarlarına videobağlantı vasitəsilə müraciət edərək onları dəstəkləyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Zurabişvili xalqı parlament seçkilərinə hazırlaşmağa çağırıb.

"Bu axşam sizinləyəm! Bu, bizim gələcəyimizdir. 26 oktyabra hazırlaşmaq üçün hər şeyi etməlisiniz, bu bizim bugünkü cavabımız olacaq", - prezident vurğulayıb.

Dövlət başçısı etirazçıları imza toplamağa və parlament seçkilərinin nəticələrini müdafiə etməyə çağırıb.

Onun sözlərinə görə, qarşıdan gələn seçkilər xalqın Avropaya, yoxsa Rusiyaya yaxınlaşmağa qərar verməli olduğu referendum olacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.