Siyasət

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

10 May 2024 18:10
Baxış: 630

Müharibə zamanı (Vətən müharibəsi) xarici media nümayəndələrinə müsahibələrim olub. Ancaq təbii ki, müharibədəki planlarımızla bağlı heç bir şey deyə bilməzdim. Sadəcə olaraq, bir dəfə mənə Şuşa haqqında sual veriləndə dedim ki, Şuşasız bizim işimiz yarımçıq qalacaq. Hesab edirəm hər kəs anladı ki, Şuşa azad olunmadan biz dayanmayacağıq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı bildirib.

"Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi", - deyə dövlətimizin başçısı əlavə edib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.