Siyasət

Yeni Kaledoniya Fransa tərəfindən bloklanmış vəziyyətdədir - Senatın üzvü

18 Aprel 2024 16:03
Baxış: 557

Biz getdikcə öz dəyərlərimizi, mənsubiyyətimizi itiririk. Yeni Kaledoniya Fransa tərəfindən bloklanmış vəziyyətdədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək" mövzusuna həsr edilmiş konfransda Yeni Kaledoniya Senatının üzvü Ludovik Bula deyib.

O qeyd edib ki, Yeni Kaledoniya öz dəyərlərini gələcək nəsillərə ötürməlidir.

"Biz çalışırıq ki, öz dəyərlərimizi, mənsubiyyətimizi gələcək nəsillərə ötürək, gənclərimizə dəstək verək, lakin bizim çox resurslarımız yoxdur. Bizə dəstək göstərdiyinə görə Azərbaycana təşəkkür edirik. Bizim Azərbaycana səfərimiz çox səmərəli oldu. Azərbaycan dünyaya nümunə olacaq bir ölkədir", - deyə o əlavə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.