Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi
2 apreldə Podqoritsa şəhərində Azərbaycan Respublikası və Monteneqro Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
XİN-dən Milli.Az-a verilən xəbərə görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Monteneqro nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin dövlət katibi Milislav Raspopoviç rəhbərlik edib.
Mələhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.
Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bu xüsusda 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı qarşı tərəf məlumatlandırılıb.
Görüşdə post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Siyasi məsləhətləşmələr zamanı, həmçinin beynəlxalq, regional məsələlər və birgə maraq kəsb edən digər mövzular da müzakirə olunub.
Səfər zamanı F.Rzayev həmçinin Monteneqronun digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
XƏBƏR LENTİ
-
Qazi aşpazın ölüm səbəb məlum oldui - Şüşəyə yumruq vurubmuş...
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
Bakıda 9 mərtəbələr niyə 5 mərtəbələrdən bahadır? - Qiymətlər
-
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
-
Hakan Çalhanoğlu klubunu dəyişir
-
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib - (Foto)
-
Si Cinpinin irəli sürdüyü qlobal inkişaf təşəbbüsünün 5 ili tamam olur
-
Ağsuda 30 hektarlıq ərazi yandı - Yanğına səbəb olan şəxs saxlanıldı
-
Nikol Şerzinger ağır yanıq xəsarətləri ilə səhnəyə çıxdı - (Foto)
-
Bir gündə 34 cinayət açıldı - DİN-dən yeni məlumat
-
Azərbaycanda ən çox alınan avtomobillər - Siyahı
-
Əməkdar artist: "Atacan, səndən bir xahişim var, o dünyada anamdan muğayət ol"
-
Manatla bağlı hamını maraqlandıran sual: Devalvasiya olacaq?
-
Fərhad Gündoğdu saxlanıldı
-
Azərbaycan nefti 123 dollardan aşağı düşdü
-
UEFA Mbappeyə ağır cəza verdi
-
Türkiyə ərəb dünyasına liderlik edə bilərmi? - Əsas maneə açıqlandı
-
Hava ilə bağlı son məlumat
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
Bərdədə at arabasını avtomobil vurdu - Ölən var
-
"Qarabağ"ın legioneri millidə zədələndi
-
Qumralın əri də müğənniliyə başladı - (Video)
-
Millətlər Liqası: Fransa Belçika yığmasına qalib gəldi
-
Neftin qiyməti kəskin bahalaşdı





