Avronest PA düşmənçilik toxumlarını yenidən cücərtməyə xidmət edir - Deputatdan ETİRAZ
Avronest Parlament Assambleyası təsis olunmasına dair aktın əsas prinsiplərində biri əməkdaşlığa təkan vermək idi. Lakin biz bu gün Avronest PA-nın öz məqsədlərindən kənara çıxdığını müşahidə edirik.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avronest Parlament Assambleyasının 11-ci növbədənkənar sessiyasının ikinci işçi iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Soltan Məmmədov deyib.
O, qeyd edib ki, Sosial Komitədən təqdim olunmuş hesabata dair səsvermənin nəticələri "Şərq tərəfdaşlığı" proqramının iştirakçıları arasında sülhə, əməkdaşlığa deyil, əksinə düşmənçilik toxumlarını yenidən cücərtməyə xidmət edir.
Deputat bildirib ki, bu gün bütün dünya böyük problemlərlə - münaqişələrlə, iqlim dəyişikliklərinin yaratdığı fəsadlarla mübarizə aparır.
"Azərbaycan bu tarixi anda qlobal enerji təhlükəsizliyinə töhfə verir, yaşıl enerjiyə keçid istiqamətində uğurlu addımlar atır. Dünya bəlkə də heç vaxt indiki qədər təhlükəli olmayıb. Söhbət, bütün bəşəriyyətə, indiki və gələcək nəsillərə təhdid yaradan mürəkkəb problemlərin zəncirvari əlaqəsindən gedir. Hesabat reallıqları əks etdirmir. Təqdim etdiyimiz təklif və düzəlişlər qəbul edilmədi. Halbuki, bütün təkliflər beynəlxalq hüquqa, BMT, Avropa Şurası və digər nüfuzlu təşkilatların qəbul etdiyi sənədlərə əsaslanır", - deyə o əlavə edib.
S.Məmmədov qeyd edib ki, Avronest PA tərəfsiz olmalı və bütün üzvlərinin bərbərhüquqluğunu qəbul etməlidir: "Biz azərbaycanlı qaçqınların məsələsinin sənəddə əksini tapmasını təklif etmişdik. Onları yardım göstərilməsi təklif olunan digər Şərq tərəfdaşlığı ölkələrindəki qaçqınlardan fərqləndirən nədir?".
Deputat vurğulayıb ki, Azərbaycan nümayəndə heyəti sülh kontekstindən kənara çıxan, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində təşəbbüslərlə ziddiyyət təşkil edən hesabatın əleyhinə səs verəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
XƏBƏR LENTİ
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)





