Siyasət

Emin Hüseynov Ağdam, Füzuli və Xocavəndə Prezidentin xüsusi nümayəndəsi təyin edildi

7 Mart 2024 13:05
Baxış: 998

Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla "Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 dekabr tarixli 3022 nömrəli Sərəncamı ləğv edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.