Siyasət

Bernardo Arevalo İlham Əliyevi təbrik edib

4 Mart 2024 15:03
Baxış: 518

Qvatemala Respublikasının Prezidenti Bernardo Arevalo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Qvatemala xalqı, Hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram. Əminik ki, yeni prezidentlik müddətində fəaliyyətiniz mövcud ənənəvi dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərini möhkəmləndirməyə imkan yaradacaqdır.

Qvatemala ilə Azərbaycan arasında 1994-cü il noyabrın 1-də qurulmuş diplomatik münasibətlər əməkdaşlığımızı dərinləşdirən təşəbbüslərin irəli sürülməsi kimi ümumi maraqları müəyyənləşdirmək fürsətini yaratmışdır. Bu, Sizin rəhbərliyinizlə qarşılıqlı fayda naminə yeni layihələrin təşviqi kimi müxtəlif sahələr üzrə ikitərəfli, regional və çoxtərəfli gündəlikdə olan məsələlərin həyata keçirilməsinə imkan verəcəkdir.

Fürsətdən istifadə edərək, ali dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar arzu edir və dərin ehtiramımı bildirirəm".

Milli.Az
 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.