Valeri Serov İlham Əliyevə təbrik məktubu göndərib
Baybakov Fondunun prezidenti, Rusiya Federasiyası Hökuməti sədrinin sabiq müavini Valeri Serov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Möhtərəm İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımızı çatdırıram.
İki qonşu ölkənin - Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının xalqları arasında çoxillik dostluq, iqtisadi, mədəni və dərin tarixi mənəvi bağlar, həmçinin ölkələrimizin müxtəlif sahələrdə ümumi maraqları əlaqələrimizin möhkəm bünövrəsini qoyub. Əminliklə söyləmək olar ki, Sizin prezidentliyinizin növbəti dövründə Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin və qarşılıqlı işgüzar əlaqələrin daha da inkişafının şahidi olacağıq.
Xüsusilə qeyd edilməlidir ki, ölkələrimizin mehriban və qarşılıqlı hörmətə əsaslanan münasibətlərinin inkişafında tarixi rol zəmanəmizin görkəmli dövlət və siyasi xadimi, atanız Heydər Əlirza oğlu Əliyevə məxsusdur.
Siz böyük həmyerliniz Nikolay Baybakovun adını daşıyan Fondun fəaliyyətindən yaxşı xəbərdarsınız. Azərbaycan Respublikasında Baybakov Fondunun nümayəndəliyinin açılması sayəsində Fond beynəlxalq status alıb. Bu gün Fond Rusiyanın sosial-iqtisadi inkişafına sanballı töhfə verən elm, iqtisadiyyat, texnologiya və təhsil sahələrində yüksəkixtisaslı mütəxəssislərin böyük bir hissəsini öz ətrafında toplayıb. Biz elmi-texniki layihələrin həyata keçirilməsində əldə etdiyimiz təcrübəmizi Azərbaycandan olan həmkarlarımızla bölüşməyə hazırıq. Çoxşaxəli əməkdaşlığımız bizə Azərbaycanın və Rusiyanın alimlərinin, mütəxəssislərinin təcrübəsini, biliklərini birləşdirməyə və ölkələrimizin rifahına yönəltməyə imkan verəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasının qardaş xalqına isə tərəqqi, uzun əsrlər boyu sülh və xoşbəxtlik arzulayırıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi





