Siyasət

ABŞ Ermənistan və Azərbaycana çağırış edib

14 Fevral 2024 01:03
Baxış: 1 180

"Biz itkilərlə nəticələnən hərbi toqquşmalarla bağlı xəbərlərdən narahatıq".

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, gücdən istifadə danışıqlara xələl gətirir: "Davamlı sülhə aparan yeganə yol danışıqlar masasından keçir.

Atəşkəs rejiminin pozulması hallarını araşdırmaq və müvafiq tədbirlər görmək lazımdır. Dövlət katibinin daim vurğuladığı kimi, Amerika Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.