Azərbaycandakı prezident seçkiləri Kuba mətbuatının diqqət mərkəzindədir
Kubanın aparıcı mətbu orqanları "Prensa Latina", "Granma", "Trabajadores" qəzetlərində, eləcə də "Cubavision Internacional" və "Canal Caribe" televiziya kanallarında 7 fevral tarixində Azərbaycanda keçirilmiş növbədənkənar prezidenti seçkiləri geniş işıqlandırılıb.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kubadakı Səfirliyindən bildirilib.
Məlumatlarda İlham Əliyevin Yeni Azərbaycan Partiyasının namizədi kimi prezident seçkilərində iştirak etdiyi və Azərbaycan xalqının 92 %-dən çox səsini əldə edərək inamlı qələbə qazandığı qeyd edilib. Kuba Respublikasının Prezidenti Miqel-Dias Kanel Bermudes tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə seçkilərdə qələbəsi münasibəti ilə ünvanladığı təbrik məktubundan bəhs olunub.
Məqalələrdə Azərbaycan tarixində ilk dəfə seçkilərin ölkənin bütün ərazisində keçirildiyi, Azərbaycan mədəniyyətinin beşiyi, Şuşa şəhərinin seçki günü tarixi anlar yaşadığı, şəhər sakinlərinin uzun müddətdən sonra ilk dəfə olaraq öz şəhərlərində səs verdiyi bildirilib. Həmçinin, yazılarda müharibə yaralarının sağalması və dağıntıların bərpasının müəyyən vaxt almasına baxmayaraq, Şuşa, Füzuli, Xankəndi, Laçın və Qarabağın digər şəhərlərinin sakinləri seçkilərdə fəal iştirakları ilə dünyaya demokratiya nümunəsi nümayiş etdirdiyi vurğulanıb.
Materiallarda habelə, seçkiləri işıqlandırmaq məqsədilə Latın Amerikası regionundan Argentina, Braziliya, Çili, Kolumbiya, Kuba, Meksika və Uruqvaydan olan jurnalistlərlə yanaşı, ümumilikdə 120 xarici media mənsubunun akkreditasiya olunduğu bildirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı
-
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
-
Dəmir yolları tezliklə yenidən Xankəndiyə aparacaq - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Türkiyədə liseyə silahlı hücumda yaralananların sayı artıb - (Yenilənib)
-
Sabun hazırlaması ilə tanınan Zeynəb Tağıyeva vəfat etdi
-
Tıxacda avtomobillərin üstündən keçə bilən cip - (Video)
-
Bakıda tozlu hava neçə gün davam edəcək?
-
"TRUMP TV" fəaliyyətə başladı
-
Ajda Pekkan səhnədə göz yaşları tökdü - (Video)
-
Türkiyədə məktəbə silahlı hücum edən şəxsin görüntüləri ortaya çıxdı - (Video)
-
Azərbaycanda bu şəxslərin evlənməsi qadağandır - Siyahı
-
Qranit Caka İsveçrə millisindən uzaqlaşdırıldı
-
Konqres Mərkəzində tüstülənmənin səbəbi bilindi
-
Bulvara gedənlərin diqqətinə: Bu hissə bağlanır
-
Azərbaycanlı müğənni 45 kilo arıqlayıb tanınmaz hala düşdü - (Video)
-
Azərbaycanda 883 min nəfərlə bağlı yeni xəbər
-
Bilgəhdə dənizdə batan tələbələrin meyitləri tapıldı - (Yenilənib/Video)
-
Pensiyalar tam ödənildi
-
Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu
-
Salahın foto çəkdirdiyi qaya turistik məkana çevrildi - (Foto)
-
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
-
“Real” – “Atletiko” matçının hakimi cəzalandırılacaq
-
Ərdoğandan BMT ilə bağlı mühüm təklif: Veto hüququ ləğv edilsin





