Siyasət

Akkan Suver İlham Əliyevə təbrik məktubu göndərib

9 Fevral 2024 18:33
Baxış: 260

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezidentim.

Azərbaycanda keçirilən prezident seçkilərində qazandığınız böyük qələbə münasibətilə Mərmərə Qrupu Vəqfi olaraq Zati-alinizi Türkiyənin vətəndaş cəmiyyəti adından təbrik edirik.

Bu seçkilər müəllifi olduğunuz Qarabağ dastanından sonra yeni bir demokratiya dastanıdır.

Biz bu seçkilərə əhəmiyyət veririk. Çünki Azərbaycan üçün önəmli olan bu seçkilər həm də Türk dünyası üçün mühüm sabitlik, həmrəylik və birlik nümunəsi oldu.

Zati-alinizi bir daha təbrik edirik".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.