Siyasət

Dövlət Bağçalı İlham Əliyevə zəng edib

8 Fevral 2024 17:57
Baxış: 571

Fevralın 8-də Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dövlət Bağçalı İlham Əliyevə prezident seçkilərində qazandığı qələbə münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbənin və suverenliyimizin tam təmin bərpa olunmasının önəmini bir daha vurğulayıb.

Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf edəcəyi vurğulanıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.