Bakı “bütün körpüləri yandırmaq” mesajını niyə verdi?
AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırmasından sonra Bakının Avropa Şurasından çıxmaq və Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanımaqdan imtina etmək haqda düşündüyü gündəmə gəlib. Mövcud vəziyyətdə Bakı AŞPA-nın ədalətsizliyinə qarşı Avropaya ata biləcəyi addımlar haqda mesaj verir. Lakin bu baş verərsə, radikal gediş olacaq və əsas sual da Azərbaycanın niyə bu qədər kəskin mövqe sərgiləməsidir.
Milli.Az xəbər verir ki, bu fikirləri siyasi ekspert Asif Nərimanlı öz sosial şəbəkə hesabında paylaşıb.
Məsələnin Avropanın insan haqları, demokratik prinsiplərlə bağlı istəklərindən qaynaqlandığını demək diletanlıq olar. Çünki rəsmi Bakı eyni məsələ ilə illərdir üz-üzə qalıb və AŞPA da illərlə eyni məsələləri gündəmə gətirib, amma buna görə Azərbaycana qarşı hansısa addım atılmayıb, yaxud rəsmi Bakı bu qədər kəskin mövqe sərgiləməyib.
İndi baş verənlərin arxasında Avropa, yaxud hansısa dəyərlərin qorunub-qorunmaması yox, Cənubi Qafqazdakı geosiyasi mübarizə dayanır. Konkretləşdirsək: Azərbaycandan Ermənistanın maraqlarının nəzərə almağını, Zəngəzur dəhlizini - Naxçıvana maneəsiz keçid ideyasını unutmağını, delimitasiyanı və sülh sazişini İrəvanın gündəliyinə uyğun qəbul etməsini istəyirlər;
Və baş verənləri insan haqlarına, demokratiyaya bağlayan Azərbaycandakıların əksinə, Avropada bunu gizlətmirlər də. AŞPA Laçın yoluna buraxılmamasını, "Qarabağ ermənilərinin qorunmasını" açıq şəkildə qeyd edir.
Bakının "bütün körpüləri yandırmaq" mesajı da Avropanın nə istədiyini bilməsindən qaynaqlanır. Bütün bunların Azərbaycan üçün sərfəli olmadığı aydındır, amma tərəzinin bir gözündə də Ermənistanın maraqları var və rəsmi Bakı anlayır ki, "qırmızı xətti"ndən geri çəkilsə, Azərbaycana rəhm etməyəcəklər, təcrübə ilə isbat olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur





