Serbiyada tanış ssenari - Belqradda nə baş verir?
Serbiyanın paytaxtı Belqradda gərginlik yaşanıb. Müxalifət blokunun tərəfdarları şəhər administrasiyasının binasına basqın etmək istəyiblər. Meriya binasına girməyə cəhd edən etirazçılar qapını sökmək üçün bayraq dirəklərindən istifadə edib, həmçinin pəncərəni sındırıblar. Onlar təhlükəsizlik kameralarını da yararsız hala salıblar. Tiktok sosial şəbəkəsində canlı yayımlanan aksiyanın 40-a yaxın iştirakçısı saxlanılıb. Belqrad meriyasının qarşısında baş verən iğtişaşlar zamanı iki polis əməkdaşı ağır yaralanıb. Serbiya prezidenti Aleksandr Vuçiç qarışıqlıq ilə bağlı xalqa müraciət edib, Milli Təhlüksizlik Şurasının təcili iclasını çağırıb. O müraciətində bildirib ki, nümayişçilərlə yumşaq davranılır. "Sizə demək istəyirəm ki, Serbiya vətəndaşları, səhnələr dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir, onlar bunun heç birindən yaxa qurtara bilməyəcəklər", - deyə Vuçiç bildirib.
Görünür, Qərb Serbiyanı Kosovonun müstəqilliyini tanımağa məcbur etmək istəyir. Çünki, iki ay əvvəl Fransa, Almaniya liderləri açıq şəkildə Belqradı Kosovonu tanımağa çağırmışdılar. Müstəqil siyasət yürüdən Serbiyaya xüsusi qüvvələr öz iradələrini yeritməyə çalışırlar. Vuçiçin də dediyi kimi, onlar Serbiyanı zəif görmək istəyirlər ki, əvvəllər olduğu kimi iplə idarə olunacaq oyuncaq kimi idarə etsinlər - hökuməti və nazirləri seçə bilsinlər, hansı siyasətin həyata keçiriləcəyinə qərar versinlər, faksla və ya telefonla əmrlər versinlər ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edin.

Qərb və ABŞ eyni siyasəti vaxtilə Ukraynada həyata keçirib və bu gün bu ölkəni faktiki olaraq məhv olmaq təhlükəsi ilə üz üzə qoyublar. Ukraynanın "arxasında dayanaraq" onu müharibəyə sövq edən ABŞ və Qərb Rusiyanı zəiflətmək məqsədindən dönməmiş kimi görünür. ABŞ və Qərb bu tərz ikiüzlü siyasəti tək Ukraynaya yox, digər ölkələrə qarşı da yürüdürlər. Onlar tərəfləri qızışdıraraq yeni münaqişələrə yönəldərək öz planlarını həyata keçirməyə çalışırlar.
Serbiyada yaşanan proseslər Azərbaycan üçün heç də yad deyil. Diqtəsini yerinə yetirməyən ölkələrdə Qərbin iğtişaşlar törətməsi adi hal alıb. ABŞ xeyriyyə təşkilatı adı altında fəaliyyət göstərən USAİD təşkilatını da elə məhz bu məqsədlə yaradıb. Qərb və ABŞ bu kimi təşkilatlar vasitəsi ilə müəyyən şəxslərdən istifadə edərək bir sıra ölkələrdə vəziyyəti qarışdırmağa, çevriliş cəhdlərinə çalışırlar. Onların bu tip "xəbərdarlıq"ları yeni ssenari deyil. Serbiyadakı iğtişaşlar Qərbin indiyədək bir çox ölkələrdə sınaqdan çıxardığı "rəngli inqilab" siyasətidir. Onlar eyni qaydada Azərbaycanı da uzun illər ərazilərinin işğalı ilə barışmağa məcbur etmək istəyiblər, eyni ssenari ilə burada da çevrilişlər planları olub, amma bu, baş tutmayıb. Azərbaycana da bu yöndə təzyiqlər olsa da, ölkə rəhbərliyi hər zaman milli maraqları üstün tutub, hər hansı ölkənin Bakıya diktəsinin mümkünsüzlüyü dəfələrlə nümayiş etdirilib.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanlayıb
-
Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır - Stiv Uitkoff
-
Prezident İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub
-
Azərbaycan və Ermənistan arasında sülh iqtisadi əməkdaşlığa yol açıb - Marko Rubio
-
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
-
Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - Şərh
XƏBƏR LENTİ
-
Matcha içməyin çağırışı edildi
-
Çox ləzzətli məzə resepti
-
Sumaq ədviyyatını yeməklərdə istifadə etməyin incəlikləri
-
0 şəkər, 0 kalori: Yaponlar hər gün stəkan-stəkan içirlər
-
Bişən yumurtaya nə üçün bir damla sirkə əlavə edilir?
-
İranla müharibə ABŞ-nin raket ehtiyatını tükəndirdi
-
"Cennet mahallesi"nin "Ayşe"si ana oldu - (Foto)
-
Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı
-
Kredit kartı şifrəsində "0" rəqəmi olanlara xəbərdarlıq edildi
-
“Heç kim öz torpağını atıb gedən deyil” - Zelenski
-
Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi
-
Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)
-
Günün qoroskopu: Özünüzə daha çox vaxt ayırmağı unutmayın
-
İspaniyanın Baş nazirin fotodakı qəribə detalı sosial şəbəkədə viral oldu (Foto)
-
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq - Vüqar Bayramov
-
Misir Mərdanovun DNT nəticələri açıqlandı (Foto)
-
Röya Ayxanın 2 günlük konserti böyük coşqu ilə yadda qaldı - (Video)
-
Gavalının üzərindəki ağ ləkənin səbəbi bəlli oldu
-
Dünya çempionatında Messini partlatmaq, Ronaldonu qaçırmaq istəyiblər
-
Daş kimi bayat çörəyi 2 saniyədə təzə edən üsul
-
PSJ “Barselona”nın ulduzunu transfer edib
-
Sarayda zəncirvari qəza olub (Foto/Video)
-
Goranboyda evdən 18 yaşlı qızın meyiti tapılıb
-
Günayın ailəsi ilə istirahəti - (Video)





