Azərbaycanda növbədənkənar prezident seçkiləri: Qəfil qərarın pərdəarxası
Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərin fevral ayının 7-də keçirlməsi nəzərdə tutulur. Bu barədə ölkə başçısı sərəncam imzalayıb. Sərəncamla seçkilərin Mərkəzi Seçki Komissiyasına Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Bu gün seçkilərlə bağlı elan edilən qərar ikinci zəlzələ effekti yaratdı. Hər kəsin ağlına gələn ilk sual niyə ölkədə növbədənkənar prezident seçkiləri keçirilməsidir. Növbədənkənar seçkilərlə bağlı müxtəlif versiyalar səslənsə də bunu qeyri-adi qərar kimi dəyərləndirmək doğru deyil. Bəziləri bu seçkiləri hakimiyyət-müxalifət münasibətlərində iqtidarın özünü güclü göstərmək istəyi kimi təqdim etsələr də, vəziyyət tam başqadır.

Bu seçkilər ik növbədə Azərbaycan hakimiyyətinin Azərbyacan xalqı tərəfindən alınan sosial siyasi çağırışını və öhdəliyini yerinə yetirmək istəyidir. Belə ki, Azərbaycan üçün ilk növbədə maraqlı olan məsələ vətəndaşların maraqları və onların mənafeyidir. Azərbaycanın ən böyük siyasəti vətəndaşların maraqlarının və çağırışlarının təminatıdır. Bu seçkilərin də qayəsi budur.
Bundan əlavə dünyada və qonşu ölkələrdə baş verən proseslər, növbədənkənar seçkilər mövcud qərarın qəbulunu vacib etdi. Məsələn, 12 mart 2022-ci ildə Türkmənistanda, 2022-ci ilin payızında Qazaxıstanda, 2023-cü il iyulunda isə Özbəkistanda növbədənkənar prezident seçkiləri təşkil edilib. Bu mənada rəsmi Bakının da analoji addımı atmasında qeyri-adilik yoxdur.
Məlum olduğu kimi, 44 günlük müharibə və ondan sonrakı proseslərin nəticəsi olaraq regionda yeni reallıqlar yaranıb. Artıq Azərbaycan ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Bu problem ölkə başçısının rəhbərliyi altında həll edildi. İlham Əliyev 2018-ci ildə Prezident seçildikdən sonra xalqımızın qarşısında duran ən mühüm problem - ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Prezident seçildikdən cəmi iki il sonra - 2020- ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarxi qələbəsi ilə başa çatdı, 2023-cü il sentyabrın 20-də lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesini tamamladı.
Qeyd edim ki, bu seçkilərin keçirilməsi ilə Azərbaycan tarixində bir ilk yaşanacaq. Belə ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu da seçkilərin ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti olduğunu deməyə əsas verir. Eləcə də, bu, Azərbaycanın sülh şəraitində yaşam və dinc inkişaf üçün yeni şərtlər müəyyən etdiyinin və bu mənada regionun diktə edən dövləti funksiyasını yerinə yetirməsinin göstəricisidir.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür - (Video)
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb - (Video)
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
XƏBƏR LENTİ
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür - (Video)
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb - (Video)
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir - (Video)
-
Prezident İlham Əliyev: Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik - (Video)





