Siyasət

İran Naxçıvana yeni Baş konsul təyin edib

3 Dekabr 2023 21:48
Baxış: 828

İran Naxçıvana yeni Baş konsul təyin edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Əziz Mənsuri İranın Naxçıvan Muxtar Respublikasındakı yeni Baş konsulu təyin olunub.

O, bu vəzifədə Seyid Əhməd Hüseynini əvəz edib.

Qeyd edək ki, yeni Baş konsul Təbrizdə Şərqi Azərbaycan valisi ilə görüşüb.

Əziz Mənsuri görüşdə Naxçıvan Muxtar Respublikası ilə münasibətlərə toxunaraq İran və Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etdirilməsində Şərqi Azərbaycan vilayəti ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb.

Vali də öz növbəsində İran-Azərbaycan münasibətlərində Naxçıvanın önəmini vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.