Siyasət

“Pulunu ödəmişik, silahları vermirlər” - Paşinyan

25 Noyabr 2023 00:14
Baxış: 1 119

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyaya pulunu ödədiklərini, amma hələ də silahları çatdırmadıqlarını təsdiqləyib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Paşinyan məsələnin müzakirə olunduğunu deyib.

"Əlbəttə, belə problemlər var. Bu problemin həlli mexanizmləri ilə bağlı müzakirələr gedir. Variantlardan biri ödənilmiş pulun məbləği ola bilər, məsələn, Ermənistanın Rusiyaya olan borcunun azaldılması. Yeganə variant deyil, variantlardan biridir", - baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, Rusiyanın özünə də silah lazımdır:

"Ümid edirəm ki, müzakirələr konkret nəticələr verəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.