İrəvan susur: Ermənistan hücuma hazırlaşır?
Bakı sülh müqaviləsinin layihəsi ilə bağlı təklifini İrəvana sonuncu dəfə 11 sentyabrda göndərib, lakin iki aydan artıqdır ermənilərdən cavab yoxdur.
Milli.az xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı deyib.
Ermənistan tərəfi bununla bağlı heç bir açıqlama verməyib, hərçənd, İrəvanın səssizliyinin iki səbəbdən qaynaqlandığını demək mümkündür.
Birincisi, Qarabağda keçirilən anti-terror tədbirləri nəticəsində erməni separatizminin ləğv edilməsidir: Bakı-İrəvan xəttində sülh sazişinə dair məktublaşmada Ermənistan Qarabağdakı ermənilərlə bağlı məsələləri bu və ya digər formada təkliflərinə daxil edir, bundan kart kimi istifadə edirdi; 20 sentyabrda bundan məhrum oldular və belə görünür ki, Ermənistanın Azərbaycana qarşı istifadə edəcəyi kart qalmadığı üçün gözləmə mövqeyinə keçib;
İkinci səbəb bu gözləmə mövqeyindən qaynaqlanır: 20 sentyabrdan sonra Qərb cəbhəsinin xüsusilə Fransanın aktiv iştirakı ilə bölgədə siyasi mənzərəni dəyişmək istiqamətində addımları intensivləşib və görünür, İrəvana Bakıya cavab verməyə ehtiyacın olmadığı deyilir: Rusiyanın hədəf olaraq seçildiyi bu prosesin inkişafını Azərbaycan-Ermənistan danışıqları müəyyənləşdirəcək və istisna deyil ki, hadisələyə yön vermək məqsədilə yeni eskalasiya yaradılsın; bu ssenaridə sülh danışıqları da müəyyən qədər arxa plana keçə, danışıqlar prosesi yeni şərtlərə uyğunlaşdırıla bilər - Ermənistanın istəyi budur;
Əsas diqətçəkən məqamlardan biri Əliyevin Qarabağda anti-terror tədbirlərindən sonra ilk dəfə "Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəyi" haqda danışmasıdır. Prezident bəyan etdi ki, "Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır".
Daha əvvəl də yazmışdıq: Cənubi Qafqaz uğrunda kəskinləşən mübarizənin Azərbaycana qarşı sərhəd təxribatı ilə isti mərhələyə keçə biləcəyi ssenarisi gözləniləndir. Görünür, rəsmi Bakı da belə ssenarilərin mümkünlüyünü dəyərləndirir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
XƏBƏR LENTİ
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu şirkətin agentliyin imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər





