Siyasət

"Türkiyə 52 ildir Avropanın qapısında gözləyir" - Ərdoğan

17 Noyabr 2023 23:02
Baxış: 854

Türkiyə 52 ildir Avropanın qapısında gözləyir.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Türkiyənin Avropa İttıfaqına üzvlük prosesinin yenidən güclənməsini istəyirik. Bu kontekstdə Almaniyanın töhfələrinə əhəmiyyət veririk. Bu baxımdan biz vətəndaşlarımızın viza prosesinin sürətləndirilməsi məsələsini dəyərləndirəcəyik", - R.T.Ərdoğan bildirib.

O, ölkəsinin apardığı xarici siyasət kursunda ayrı-seçkiliyə yol verilmədiyini qeyd edib: "Biz taxıl məsələsində Avropa və Afrika arasında fərq qoymadıq. Qara dəniz taxıl dəhlizindən gələnlərin 40 faizi Avropaya, 14 faizi Afrikaya, 14 faizi isə bizə gəlib".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.