Siyasət

Ayxan Hacızadə Aİ rəsmisinə cavab verdi

16 Noyabr 2023 23:57
Baxış: 534

"Qanuni istintaq hərəkətlərinə hər hansı müdaxilə təkcə qanunsuz deyil, həm də siyasi cəhətdən düzgün deyil".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" hesabında bildirib.

O, Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarının mətbuat katibi Peter Stanoyanın hazırda həbsdə olan Qubad İbadoğlu və Bəxtiyar Hacıyevin azad edilməsi ilə bağlı çağırışına cavab verib:

"Həm Qubad İbadoğlu, həm də Bəxtiyar Hacıyev qanunla müəyyən edilmiş müvafiq cinayət təqibi altındadır və buna hörmət edilməlidir.Belə bir çağırış ikili standartların və siyasi manipulyasiyanın bariz nümunəsidir, çünki Aİ Ermənistanda onlarla siyasi fəalın siyasi təqiblərini və əsassız həbslərini pisləyə bilmədi. Aİ-nin bu cür müdaxiləni davam etdirmək cəhdləri tamamilə qəbuledilməzdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.