Siyasət

ABŞ Senatı Azərbaycana hərbi yardımı qadağan edən Aktı qəbul etdi

16 Noyabr 2023 19:44
Baxış: 994

ABŞ Senatı "2023-cü il Ermənistan Müdafiə Aktı"nı qəbul edib.

Milli.Az APA-ya istinadən bildirir ki,  Akta əsasən, ABŞ Prezidenti "Azadlığa Dəstək Aktı"na "907-ci düzəliş"in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir. Başqa sözlə, sənəd Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur.

Sənəd, digər məsələlərlə yanaşı, Ermənistana xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verir.

Qanun layihəsi Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul edildikdən və ABŞ Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Sənədin müəllifləri senatorlar Robert Keysi, Harri Piters, Bill Kessidi, Cin Şeyhin, Con Kennedi, Co Rikets, Marko Rubio və Kris Van Hollendir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.