Fransa bu ölkələrin də gözündən düşdü - Makrondan diplomatları qıcıqlandıran səhv
Ermənistanın bir müddət əvvəl Tel-Əvivə səfəri zamanı tərəfləri sakitləşdirmək əvəzinə münaqişəni daha da alovlandırmağı təklif etməklə sülh prosesi üçün "işəyaramaz" olduğunu isbatlayan Makrona ümidi tükənmir. Qərbə meyillənən Ermənistan onların oyunlarına alət olmaqdan yorulmur. Qərb Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətməyə çalışır. Ermənistan isə ona "yardım etməyən" Rusiyadan Qərb vasitəsi ilə sanki acıq çıxır. Halbuki, bu addımların Ermənistanın sonunu gətirəcəyini dərk etmirlər.
Fransa Ermənistanı silahlandırmağa davam edir. Onlar bu siyasətlə həm ermənilərin rəğbətini qazanırlar, həm də, münaqişəni gücləndirərək Cənubi Qafqazla bağlı digər məqsədləri üçün addım atmış olurlar. Qərb, xüsusilə də, Fransa çalışır ki, sülh müqaviləsi mümkün olduğu qədər uzansın, Orta Dəhlizin işinə mane olsun. Fransa bu kimi məqsədlərlə yanaşı eyni anda da silahlarını "sırımış" olur. Bu ifadə ona görədir ki, Ermənistana verilən 21 "Bastion" zirehli texnikası Ermənistanın coğrafi şəraiti üçün uğursuz texnikadır. Bunu hətta ermənilərin hərbi ekspertləri də təsdiqləyib.

Məlum olduğu kimi, Fransanın ərəb ölkələrindəki səfirləri birgə etiraz məktubu yazıb. Buna səbəb Makronun bir-biri ilə ziddiyyət təşkil edən açıqlamalarıdır. Fransanın Livan, Tunis, Mərakeş, Misir, İordaniya, İraq, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveytdəki səfirləri ölkə prezidenti Emmanuel Makrona "birgə nota" formatında məktub ünvanlayaraq İsrail-Fələstin münaqişəsində rəsmi Parisin tutduğu mövqeyə görə təəssüfləndiklərini bildiriblər. Səfirlərin fikrincə, Makronun İsrail-Fələstin münaqişəsindəki mövqeyi Parisin ərəb dövlətlərindəki nüfuzuna çox ağır zərbə vurur.
Fransanın XİN-nə və Yelisey Sarayına göndərilən məktub diplomatların səbrinin tükəndiyinin göstəricisidir. Onların fikrincə Makronun Yaxın Şərqdəki proseslərlə bağlı mövqeyi və regional siyasəti normallıqdan uzaqdır, balanslaşdırılmış strategiya ilə düz gəlmir. Sözügedən etiraz məktubu Makronun tək Cənubi Qafqazla bağlı yox, ümumiyyətlə digər ölkələrlə də bağlı düzgün mövqe nümayiş etdirmədiyinin sübutudur.
Özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın addımları təkcə Cənubi Qafqazda yox, eləcə də Yaxın Şərqdə də vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Son proseslər təsdiqləyir ki, Fransanın bölgədə yanlış maraqlardan çıxış edir və bu da Makron səbəbli ölkəni nüfuzdan salır.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan





