Siyasət

Azərbaycanda arxiv sənədlərinin verilməsinə görə dövlət rüsumu ləğv edildi

13 Noyabr 2023 14:56
Baxış: 906

Azərbaycanda hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsi üçün dövlət rüsumu ləğv edilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin təsdiqlədiyi "Dövlət rüsumu haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanunda göstərilib.

Yeni dəyişiklikdə adıçəkilən qanunun 2.0.21-ci, 33-3-cü və 33-4-cü maddələri ləğv edillib.

Qeyd edək ki, mövcud qanuna görə, Milli Arxiv İdarəsi tərəfindən hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin 3 iş günü ərzində verilməsinə görə 20 manat, 5 iş günü ərzində verilməsinə görə 10 manat rüsum hesablanırdı.

Bundan əlavə eyni xidmətlər fiziki şəxslərə 3 gün ərzində göstərildikdə 10 manat, 5 gün ərzində göstərildikdə isə 5 manat rüsum ödənilirdi. Daha uzun müddətə göstərilən xidmət üçün isə heç bir rüsum tələbi yoxdur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.