Paris İrəvanı necə aldatdı? - Plan deşifrə oldu
Azərbaycanın Xankəndidə Zəfər paradı keçirməsi görünür bir sıra ölkələri, xüsusilə də Fransanı narahat edib. Məlum olduğu kimi, Fransa Ermənistana "Acmat" şirkətinin istehsalı olan "Bastion" çoxməqsədli zirehli maşınlar verib. Ermənilər buna sevinsə də, əslində reallıq tam başqadır.
Əvvəla, bu silahların Cənubi Qafqazda istifadəsi uğurlu alınmayacaq. Çünki, bu texnika Afrika və Yaxın Şərqin iqlim şəraitinə uyğunlaşdırılıb. 2016-cı ilin dekabrında "Bastion"un peşəkar ordu olmayan "Ənsar-ül-İslam" qruplaşması tərəfindən məhv edilməsi də onu göstərir ki, bu texnika aqressiv görünüşlü metal yığınından başqa bir şey deyil və onun verilməsi sadəcə göstəriş üçündür. Yəni, Makron bu dəmir parçasını Ermənistana verməklə onları "təsəlli" etməyə çalışır, "qorxmayın, biz burdayıq" mesajı verir. O, həm bununla ermənilərin rəğbətini qazanmağa davam edir, həm də regionda sülh prosesinə mane olur.

Bütün dünyada özünü sülhsevər kimi göstərən Makronun əsl siması Tel-Əvivə səfər zamanı bir daha ifşa olsa da, görünür bu onun üçün hər hansı əhəmiyyət kəsb etmir. Fransa, xüsusilə də, dövlət başçısı Makron dildə sülh desə də, əməldə bunun tam tərsini edir. Fransanın bu addımı onun bölgədə yanlış maraqlardan çıxış etdiyini göstərir.
Aydın məsələdir ki, sözügedən hərbi texnikanın ötürülməsi ərazilərimizin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda da təcavüzkar siyasətdən əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə xidmət edəcək. Bu isə birbaşa olaraq vəziyyətin gərginləşməsinə yol aça bilər. Belə olan halda ortaya sual çıxır: Fransanın məqsədi Azərbaycan ilə Ermənistan arasında münasibətləri normallaşdırmaqdır ya əksinə regionda vəziyyəti gərginləşdirmək?

Bu məsələdə diqqət çəkən digər məqam isə Gürcüstanın bu texnikanın Ermənistana aparılmasına icazə verməsindədir. Özünü Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün platforma kimi təqdim edən Gürcüstanın regionda vəziyyətin gərginləşməsinə xidmət edən hərəkəti üst-üstə düşmür.
Ermənistan və Fransa hələ də anlamır ki, regionda sülh və əməkdaşlığın alternativi yoxdur. Onlar silahlanma siyasətinə son qoymalı, regionda sülh və firavanlığın bərqərar olunmasına əngəl yaratmamalıdırlar. Beynəlxalq ictimaiyyət də bölgədə sülh şəraitinin formalaşmasına mane olan bu kimi əməlləri qınamalıdır.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
XƏBƏR LENTİ
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"





