Siyasət

BMT-də bayraqlar endiriləcək

10 Noyabr 2023 00:09
Baxış: 1 119

BMT Yaxın Şərqdə davam edən münaqişədə həyatını itirən əməkdaşlarını anmaq üçün bayraqları yarıya endirəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında deyib.

Sözçü bildirib ki, beynəlxalq təşkilatın Nyu-Yorkdakı baş qərargahı ilə yanaşı, bütün ölkələrdəki ofislərində dalğalanan bayraqlar yarıya endiriləcək və bir dəqiqəlik sükut elan olunacaq.

Anım mərasimi noyabrın 13-də baş tutacaq.

Xatırladaq ki, son bir ay ərzində BMT Qəzza zolağında ən böyük humanitar təşkilatı olan Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 88-dən çox əməkdaşının həlak olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.