"Ermənistan Baş naziri Nikol Paşinyan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırlaşır".
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu erməni politoloq Armen Ayvazyan deyib.
"Nikolun ilin sonuna kimi imzalayacağı Ermənistan-Azərbaycan əhatəli sülh müqaviləsinin güclü təşviqinə başlanılıb. İnsanları ruhlandırmağa və inandırmağa çalışırlar ki, müqavilənin alternativi yoxdur, imzalandıqdan sonra bütün məsələlər həll olunacaq, xarici dövlətlər bağlanacaq sazişə zəmanət verəcəklər", - ekspert bildirib.
Milli.Az