“Paşinyan hazırlaşır, ilin sonunadək...” - Ayvazyan

23 Oktyabr 2023 22:33

"Ermənistan Baş naziri Nikol Paşinyan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırlaşır".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu erməni politoloq Armen Ayvazyan deyib.

"Nikolun ilin sonuna kimi imzalayacağı Ermənistan-Azərbaycan əhatəli sülh müqaviləsinin güclü təşviqinə başlanılıb. İnsanları ruhlandırmağa və inandırmağa çalışırlar ki, müqavilənin alternativi yoxdur, imzalandıqdan sonra bütün məsələlər həll olunacaq, xarici dövlətlər bağlanacaq sazişə zəmanət verəcəklər", - ekspert bildirib.

Milli.Az