Siyasət

Sergey Lebedev Prezident İlham Əliyevə məktub göndərib

18 Oktyabr 2023 17:34
Baxış: 580

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Çox hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

1991-ci il oktyabrın 18-i Azərbaycan dövlətçiliyinin salnaməsində mühüm tarixə çevrildi. Məhz həmin gün Azərbaycan xalqı gələcək suveren inkişafı ilə bağlı öz seçimini etdi.

Ötən illər ərzində Azərbaycan dünyada layiqli yerini tutub, beynəlxalq münasibətlərin öz xarici siyasətini ardıcıl olaraq müstəqil şəkildə həyata keçirən fəal subyektinə çevrilib.

Sizin rəhbərliyinizlə iqtisadi, sosial və ictimai-siyasi sahələrdə həyata keçirilən islahatlar ölkənin gələcək inkişafına və onun əhalisinin rifahının yüksəlməsinə xidmət edir.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, rifah və çoxşaxəli dövlətçilik fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.