Siyasət

Paşinyan: Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır

17 Oktyabr 2023 15:21
Baxış: 1 052

"Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması mümkündür".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.

"Biz bu ilin sonuna kimi Azərbaycanla sülh sazişi imzalamağa hazırıq", - o qeyd edib.

Onun sözlərinə görə, münasibətlərin normallaşması bir neçə prinsipin həyata keçirilməsi ilə mümkündür: ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, regional kommunikasiyaların açılması və s.

"Ermənistan suverenliyi və yurisdiksiyası əsasında Azərbaycan və Türkiyə üçün yollar aça bilər", - Ermənistanın baş naziri deyib.

N.Paşinyan vurğulayıb ki, Ermənistan da itkin düşən şəxslərlə bağlı məsələdə əməkdaşlığa hazırdır.

"Biz qətiyyətlə sülhə doğru getməliyik. Bizi dəstəkləmək lazımdır ki, bu fürsətdən maksimum istifadə edə bilək", - o, avropalı parlamentarilərə müraciətində əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.