Siyasət

İlham Əliyev və Qaribaşvili Heydər Əliyevin 100 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olublar - VİDEO - FOTO

8 Oktyabr 2023 14:18
Baxış: 771

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 8-də Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "The Architect of Prosperity" - "Firavanlığın memarı" adlı fotosərgi ilə tanış olublar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dövlətimizin başçısına və Gürcüstanın Baş nazirinə sərgi ilə bağlı məlumat verildi. Qeyd olundu ki, Azərbaycanı müasir və iqtisadi cəhətdən çiçəklənən ölkəyə çevirən Ümummilli Liderə ehtiramın ifadəsi olan bu sərgi Ulu Öndərin bütün həyatını dövlətçiliyimizə və xalqımıza həsr etməsindən və ölkənin gələcək inkişafının əsasını necə müdrikliklə qoymasından bəhs edir.

Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısını, gənclərlə görüşlərini əks etdirən fotolar yer alıb. Ekspozisiyanın Azərbaycan-Gürcüstan münasibətlərinə həsr edilmiş guşəsində Ulu Öndər Heydər Əliyevin Gürcüstanın sabiq Prezidenti Edurad Şevarnadze, həmçinin Prezident İlham Əliyevin Baş nazir İrakli Qaribaşvili ilə görüşlərindən də fotoşəkillər nümayiş olunur.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.