Siyasət

Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu

5 Oktyabr 2023 16:53
Baxış: 1 410

Oktyabrın 5-i saat 14:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Milli.Az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri şəxsi heyət və texnika sarıdan itki verməyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.