“Azərbaycan Qarabağda buna icazə verməyəcək” - DETALLAR
"Azərbaycan antiterror tədbirləri ilə tam suverenliyini bərpa etmiş oldu. Bununla da Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində növbəti maneə aradan qaldırıldı".
Milli.Az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
![]()
Ekspert qeyd edib ki, Azərbaycan Xankəndi və ətrafında tam humanitar qaydalara əməl edərək prosesi yüksək səviyyədə aparır:
"Məhz bunu Ermənistan rəhbərliyi də aydın şəkildə qeyd edir. Qarabağdan gedənlər isə Ermənistan vətəndaşlarıdır və bir çoxu da Azərbaycan vətəndaşlığını qəbul etməyənlərdir. Azərbaycan onların da gedişini yüksək səviyyədə təşkil edir və yardımlar edir. Həmçinin Azərbaycan reinteqrasiya siyasətini uğurla həyata keçirir".
Politoloq rəsmi Vaşinqtonun mövqeyindən bəhs edərkən bildirib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi də artıq bunun fərqindədir:
"ABŞ-ın Qarabağda nəzarət missiyasını təşkil etmək planı regionda güclənməyə xidmət edir. Halbuki, bu, Azərbaycanın daxili işidir. ABŞ bununla yanlış siyasət ortaya qoyur. Azərbaycan qəti şəkildə buna icazə verməyəcək".
M.Əsədullazadə vurğulayıb ki, biz Qarabağa beynəlxalq təşkilatların və dövlətlərin daxil olmasına imkan verə bilmərik:
"Burada Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya sülhməramlı qüvvələri var. Digər dövlətlər gəlib burada böhran yaradacaqlar. Xüsusilə ABŞ erməni lobbisinin təsiri ilə beynəlxalq missiya adı altında gəlib hər hansı bir müstəsna hüquqa malik olduğunu ortaya atacaq. O halda Azərbaycanın suverenliyinə qarşı proses başlaya bilər. Arzuolunandır ki, ABŞ vasitəçi olaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına səmimi şəkildə dəstək versin. ABŞ-ın Qarabağda yaşayan ermənilərlə bağlı mövqeyi strateji cəhətdən yanlışdır və bu, Vaşinqtonun region siyasətinin zəifləməsinə gətirə bilər. Amerika Azərbaycanla Cənubi Qafqaz siyasətində ortaq çalışarsa, regionda mövqeyini gücləndirə bilər. Amma Azərbaycan əleyhinə, rəsmi Bakının iradəsinə zidd siyasət aparmaq Vaşinqtonun yeni nizamda siyasətini fiaskoya uğradacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
XƏBƏR LENTİ
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılacaq
-
Hörmüz boğazında ticarət gəmisinə zərbə - Gəmidə yanğın başladı
-
Bakıda bu yolun işıqforunda dəyişiklik edildi
-
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir





