Siyasət

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANIB

25 Sentyabr 2023 13:53
Baxış: 602

Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 29 mina aşkarlanıb.

Bu barədə Milli.Az-a Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, sentyabrın 11-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 18, tank əleyhinə 11 mina və 40 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bundan əlavə, 379,9 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Qeyd edək ki, sentyabrın 4-dən 10-dək Tərtər, Xocavənd, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı, Zəngilanda minatəmizləmə əməliyyatları aparılıb.

Əməliyyatlar zamanı 31 ədəd piyada və 12 ədəd tank əleyhinə mina, 214 ədəd partlamamış hərbi sursat (PHS) aşkar olunaraq zərərsizləşdirilib. Ümumilkidə 5,246 ha ərazi yoxlanılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.