Siyasət

Azərbaycan BMT-də də qalib gəldi - VİDEO

23 Sentyabr 2023 15:28
Baxış: 820

Azərbaycan 24 saatlıq uğurlu antiterror əməliyyatından sonra BMT-də də qalib gəldi.

BMT-nin Təhlükəsizlik Şurasının Qarabağa həsr olunan iclasında Ermənistan və onun havadarları bir daha məğlub oldular.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, iclasda bir sıra ölkələr Azərbaycanın apardığı siyasəti dəstəklədiklərini ifadə etdilər.

Mövzu ilə bağlı danışan politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, amma dünənki iclasda bir daha o da bəlli oldu ki, bəzi dövlətlər Azərbaycanın ərazi bütövlüyünün təmin olmasını istəmirlər.

Politoloq deyib ki, adıçəkilən ölkələr erməni məsələsini gündəmdə saxlamaqla bundan öz məqsədlər üçün istifadə etmək istəyirlər. Lakin Azərbaycanın qətiyyətli mövqeyi, güclü iradəsi qarşısında bunu bacara bilmirlər.

Azərbaycan bir daha öz haqlı mövqeyini ortaya qoyaraq BMT -nin masasından  alnıaçıq, üzüağ qalxdı. Qarabağla bağlı aparılan müzakirələrdə isə Azərbaycana qarşı heç bir qərar və qətnamə qəbul edilmədi.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.