XİN başçısı ATƏT-in sədrini məlumatlandırdı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirakı çərçivəsində Şimali Makedoniya Respublikasının xarici işlər naziri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Buyar Osmani ilə görüşüb.
Bu barədə Milli.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə tərəflər Azərbaycan-Şimali Makedoniya arasında əlaqələr, Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-ə sədrliyi çərçivəsində təşkilatın gündəliyi, habelə bölgədəki son vəziyyət müzakirə olunub.
Görüşdə nazir Ceyhun Bayramov ölkəmizin keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması, habelə münaqişədən sonra bərpa, yenidənqurma və reinteqrasiya məsələləri, mühüm prioritet olan sülh müqaviləsinin imzalanması, bölgədə sabitliyin bərqərar edilməsi, erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində ardıcıl səylərini xatırladıb.
Ölkəmizin cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərinə baxmayaraq, Ermənistan tərəfinin və qondarma rejimin son təxribatlarının normallaşma prosesinə xələl gətirdiyi, gərginliyin azaldılmasına yönəlmiş bütün təkliflərin rədd edildiyi, bu ölkənin sülh prosesində maraqlı olmadığı diqqətə çatdırılıb.
Azərbaycan hərbiçilərinin və mülki şəxslərinin həlak olması ilə nəticələnən terror aktına və hərbi təxribatlara cavab olaraq qanunsuz Erməni silahlı qüvvələrinə qarşı həyata keçirilən antiterror tədbirinin əsas məqsədinin bölgədə sülh və sabitliyin bərqərar olması, qanunsuz qüvvələrin tərksilah edilməsi və qondarma rejimin buraxılması olduğu diqqətə çatdırılıb. Azərbaycanın yalnız hərbi hədəfləri məhv etdiyi, mülki şəxsləri hədəf almadığı bildirilib.
Bölgədə guya "blokada" və "bölgədə gərgin humanitar böhran" kimi iddialara gəldikdə isə, nazir Ceyhun Bayramov bu iddiaların heç bir əsasının olmadığını, Ermənistanın qəsdən vəziyyəti "humanitar" xarakterli məsələ kimi təqdim etdiyini, qondarma humanitar böhran yaratmaq məqsədi daşıyan bu addımın əslində ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bir siyasi manipulyasiya olduğunu, sıravi sakinlərin isə bu siyasi avantüranın girovu kimi saxlanıldığını vurğulayıb.
Bu xüsusda, 18 sentyabr tarixində BQXK-nın iki avtomobilinin biri Ağdam-Xankəndi, digəri isə Laçın-Xankəndi yolu ilə eyni vaxtda keçidinin təşkilinin ölkəmizə qarşı "blokada" ittihamlarının heç bir əsasının olmadığını nümayiş etdirdiyini qeyd edib.
Nazir Ceyhun Bayramov Ermənistan Baş nazirinin 2 sentyabr tarixində qondarma rejimi təbrik etməsi daxil, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların sülh prosesinə xələl gətirdiyini vurğulayıb.
Görüşdə, həmçinin iki ölkə arasında ikitərəfli və çoxtərəfli gündəlik üzrə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
XƏBƏR LENTİ
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"





