Paşinyanın partiyası seçicilərin böyük hissəsini itirərək, "Pirr qələbəsi" qazanıb
Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) İrəvanın Ağsaqqallar Şurasına (paytaxt meriyası) seçkilərdə səslərin elektron hesablanmasını başa çatdırıb, 475 seçki məntəqəsinin hamısının nəticələrinə yekun vurulub.
Milli.Az report-a istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyanın rəhbəri olduğu hakim "Mülki Müqavilə" partiyası rekord səviyyədə aşağı - 28,46%-lik seçici fəallığının müşahidə edildiyi (824,250 seçicidən yalnız 234,553-ü seçki məntəqəsinə gedib) seçkilərdə "Pirr qələbəsi" (məğlubiyyətə bərabər olan qələbə-red) qazanıb. Seçicilərin 32,57%-i (75 463 səs) ona səs verib ki, bu da bu siyasi qüvvəyə Ermənistan paytaxtının merini müstəqil şəkildə seçmək imkanı vermir. Xatırladaq ki, beş il əvvəl "məxməri inqilab"dan eyforiya fonunda keçirilən paytaxt seçkilərində onun liderinin siyasi qüvvəsi 81,06% (294 109 səs) toplayıb, yəni elektorat dəstəyi xeyli azalıb.
Sentyabrın 17-də keçirilən seçkilərdə ikinci yeri siyahıya Paşinyanın keçmiş müttəfiqi Ayk Marutyanın başçılıq etdiyi, mötədil qərbyönlü fikirlərini gizlətməyən "Milli Tərəqqi" Partiyası tutub. Seçicilərin 18,89%-i (43 765 səs) "Milli Tərəqqi"yə səs verib.
Üçüncü yerdə 15,43% (35 739 səs) ilə rusiyayönlü "Ana Ermənistan" bloku qərarlaşıb. Dördüncü yeri Ermənistanın KTMT-dən çıxmasının tərəfdarı olan "Respublika" partiyası tutub. Bu partiya çox güman ki, ölkədə hakim partiya ilə koalisiya yaradacaq. Onu 11,32% (26,236) dəstəkləyib.
Qalan 9 siyasi qüvvə 5 il müddətinə seçilən İrəvan Ağsaqqallar Şurasına daxil olmayıb.
Qeyd edək ki, seçkilər kütləvi saxtakarlıqlar, qanun pozuntuları şəraitində keçib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu





