Səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi
Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri İssam bin Saleh əl-Cuteylini qəbul edib.
XİN-dən Milli.Az-a bildirilib ki, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir dost ölkə olan Səudiyyə Ərəbistanının səfirinə uğurlar arzulayıb.
Nazir Ceyhun Bayramov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən, siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və s. sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların mühüm rol oynadığını bildirib. Xüsusilə, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı həmrəyliyin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyin nümayiş etdirilməsi məmnunluqla xatırlanıb.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinin, XİN-lər arasında keçirilmiş məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.
Səfir iki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən ikitərəfli görüşlərdən bəhs edib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da genişlənməsi istiqamətində səyləri daha da artıracağını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Şuşa Bəyannaməsi hərbi əməkdaşlıq və qarşılıqlı yardım sahəsində tarixi nailiyyətdir” - Kamaləddin Qafarov
-
Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı
-
Seyid Əli Xameneinin dəfn tarixi və yeri açıqlandı
-
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
-
"Döyüş meydanında ABŞ-yə qalib gəldik, müharibəni bitirməyin vaxtıdır"
-
Prezident İlham Əliyev Kral III Çarlza məktub ünvanlayıb
XƏBƏR LENTİ
-
Daşkəsəndə yol çökdü
-
Bakıda dəhşət: Arvadını, qayınanasını və özünü öldürdü
-
DİM abituriyentlərə müraciət edib
-
“Şuşa Bəyannaməsi hərbi əməkdaşlıq və qarşılıqlı yardım sahəsində tarixi nailiyyətdir” - Kamaləddin Qafarov
-
Ağdamdakı yanğın söndürüldü - YENİLƏNİB
-
Ölkədə güclü yağıntı və şimşəkli hava davam edir
-
Hidayət Orucov vəfat etdi
-
Konqoda Ebola halları artır: 700-dən çox yoluxma, 149 ölüm
-
Türkiyə mundiala məğlubiyyətlə start verdi - YENİLƏNİB
-
ABŞ-da təyyarə qəzaya uğradı
-
Dünya bazarında neft ucuzlaşdı
-
Bu gün imtahan var
-
Gilas hansı xəstəliklərdən qoruyur?
-
37 ildir ziyarət edirdi: atasının məzarından başqasının qalıqları çıxdı
-
Piton ilanı qadını uddu
-
Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: dərhal uzaqlaşdırın
-
“Onu konsertə dəvət etməmişdim”
-
Su içmək üçün ən doğru vaxtlar
-
Telefonun batareya ömrünü necə artıraq?
-
Aylar sonra oğluna qovuşdu - FOTO
-
Bunları edin, gün boyu enerjili QALIN
-
Ev heyvanı saxlamaq stressi artıra bilər - Araşdırma
-
Arzu molekulu: Beyninizin gizli mühərriki dopamini idarəetmə təlimatı
-
Kral III Çarlzın ürək və dəri üçün faydalı, əlçatan səhər yeməyi





