Xankəndidən İrəvana qaçış güclənir
Bu gün daha 73 erməni Laçındakı sərhəd nəzarət-buraxılış mənqətəsindən keçərək Xankəndi-Gorus istiqaməti ilə Ermənistana yollanıblar. Gedənlərin əksəriyyəti Ermənistan və Rusiya vətəndaşlarıdır.
Xankədindəki separatçı xunta yeni, çox ciddi problemlə üzləşib. Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi arealda yaşayan qarabağlı ermənilər bütün vasitələrlə imkanlardan istifadə edərək qaçmağa çalışırlar.
"Blokada", "Laçın yolunun qəsdən bağlanması", "milli müqəddəratı təyinetmə hüququ", "müstəqillik və azadlıq"la bağlı şüarlarla çıxışlar artıq qarabağlı ermənilərin əksəriyyəti üçün adi söz yığınıdır.
Hazırda rusiyalı sülhməramlıların olduqları ərazilərdə çoxsaylı və həlli mümkünsüz təsir bağışlayan problemlər var.
Onların arasında ilk yerdə qarabağlı ermənilərin "mübarizə"nin heç bir perspektivinin olmadağını anlamaları var. Qarabağın etnik erməni olan sakinləri mövqeləri açıq deməyə qorxurlar, çünki dərhal "kollaborasionizm"də, "xəyanət"də suçlanacaqlar və həbs təhlükəsi ilə qarşılaşacaqlar. Belə açıqlamalar verəcək qarabağlı ermənininin qətlə yetirilmək ehtimalı da az deyil.
Qarabağlı ermənilər zahirən "mətin, qətiyyətli, mübarizəni davam etdirmək əzmi"ndə görünsələr də, əslində belə deyil. Onların arasında bədbinlik, təlaş, yaxın gələcəklə bağlı qeyri-müəyyənlik, ümidsizlik hissləri sürətlə artıb.
Digər problem Azərbaycanın Ermənistanla şərti dövlət sərhədindəki gərginlik, Bakının çoxsaylı təkliflərinə rəğmən Xankəndindəki xuntanın reintaqrasiya ilə bağlı dialoqu rədd etmələri, həmçinin humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi marşrutunun fəaliyyətinə maneələr yaratmalarıdır. Xankəndindəki xuntanın, Ermənistanın hakimiyyət dairələrinin, erməni siyasətçilərin və erməni diasporunun mənsublarının dediklərinin tam əksinə olaraq, qarabağlı ermənilərin total çoxluğu sözün əsl mənasında yeni hərbi əməliyyatların başlanmasını istəmirlər. Onlar çox qorxurlar və anlayırlar ki, RSK-nın nəzarət arealındakı təqribən 10 min nəfərlik silahlı dəstələrin mövcudluğuna rəsmi Bakı laqeyd qalmayacaq.

Ən nəhayət, qarabağlı ermənilər 33 ildən bəri davam edən separatizm nağıllarından və illüziyalardan usanıblar. Onlar artıq anlayırlar ki, Xankəndidəki separatçı rejimin heç bir perspektivi yoxdur və Azərbaycan öz ərazisindəki bu vəziyyəti birdəfəlik həll etmək niyyətindədir.
Qarabağlı ermənilər arasında reinteqrasiya tərəfdarlarının sayı ilə yanaşı, Bakı ilə dialoqa qətiyyətlə etiraz edənlərin sayı artır. İlk baxışdan paradoksal vəziyyət olsa da, belədir.
Qarabağı Azərbaycan ərazisi hesab etməyən, Bakı ilə dialoqu və qarabağlı ermənilərin reinteqrasiyasını mümkünsüz, hətta yolverilməz sayanlar Ermənistana yollanmaq niyyətindədir.
Onların çoxu Ermənistandan tranzit məkan qismində istifadə edərək bundan sonrakı daimi yaşam yeri kimi üçüncü ölkələri, əsasın də Rusiya Federasiyasını, Fransanı, Kanadanı və ABŞ-ı görürlər.
Digər tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyan şərti dövlət sərhədindəki gərginliyin və xüsusilə də 10 min silahlı erməninin aralarındakı minlərlə Ermənistan vətəndaşının hələ də Azərbaycan ərazisində qalmasının İrəvana yaxşı heç nə vəd etmədiyini anlayaraq mövcud problemləri - təbii ki, öz aləmində - həll etməyə çalışır.
RSK nəzarətindəki ərazilərdən Ermənistana yollanan və Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsindən keçən qarabağlı ermənilər arasında son vaxtlar "tələbə"lərin, "yüngül xəstə"lərin sayının dəfələrlə artması və bu şəxslərin çoxunun da sağlam, çağırış yaşlı kişilər olması təbii ki, Ermənistanda da ciddi suallar yaradıb.
Ermənistan mediası, siyasətçilər və bloqerlər bunu deyir.

Xuntanın rəhbərliyi köçün kütləviləşməsinə və miqyasının genişlənməsinə imkan verməməyə çalışır.
Separatçıların yeni lideri Samvel Şahramanyan "gücğ strukturlarının rəhbərləri" ilə təcili toplantı keçirib.
Toplantıda qarabağlı ermənilərin üzləşdikləri qıtlıq, bahalaşma, ərzaq məhsullarının ayrı-ayrı şəxslər tərəfindən çox baha qiymətə satılması, ən əsası isə yerli sakinlərin Ermənistana yollanmaq istəkləri ilə bağlı məsələlər müzakirə olunub.
S.Şahramanyan qarabağlı ermənilərin qida məhsullarına və ərzağa olan tələbatının ödənməsi üçün talon sisteminin tətbiqinin genişləndirilməsini tapşırıb.
"Əhalinin narazıığına dərahl reaksiya verməli, ərzaq məhsullarının bahalaşmasının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə etməliyik. Eyni zamanda, mövcud qida məhsullarının və ərzağın əhali arasında ədalətli paylanmasına nail olmalıyıq", - S.Şahramanyan deyib.
Daha sonra o, qarabağlı ermənilərin rusiyalı sülhməramlıların və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarının müşayiəti ilə Ermənistana yollanmaları ilə bağlı məsələlərdən də bəhs edib.
S.Şahramanyan "prosesin ciddi nəzarətin, şəffaflıq və mövcud qaydaların təmin olunması şərtləriylə gerçəkləşdirilməsini" tələb edib.
O, prosesin ciddi nəzarət altına alınması məqsədilə "yerlərdə işçi qrupların yaradılacağı"nı da bildirib.
Bütün bunlar qarabağlı ermənilərin Xankəndi-Gorus istiqamətində Laçın yolu ilə Ermənistana hərəkətlərinin bundan sonra təftiş olunaraq kontrolda tutulacağı deməkdir.
Ermənistana yollanmaq istəyən qarabağlı erməni dünənki iclasa qədər sadəcə, xüsusi icazə almalı idisə, bu gündən etibarən icazələrin verilməsi qaydaları ifrat dərəcədə sərtləşdiriləcək.
Eyni zamanda, 18-45 yaşlarında olan qarabağlı erməni kişilərə icazələr verilməyəcək.
Lakin Xankəndindəki terrorçu xuntanın планлары баш тутмур.
Bu gün daha 73 erməni Laçındakı sərhəd nəzarət-buraxılış mənqətəsindən keçərək Xankəndi-Gorus istiqaməti ilə Ermənistana yollanıblar. Gedənlərin əksəriyyəti Ermənistan və Rusiya vətəndaşlarıdır.
Beləliklə, məlum olur ki, S.Şahramyanın və onun rəhbərlik etdiyi separatçı xuntanın bütün cəhdlərinə, yasaqlarına rəğmən, qarabağlı ermənilərin Ermənistana köçü səngiməyib.
Halbuki, problemi onların özləri yaradıblar.
Qarabağda qalmaq istəyirlərsə, Azərbaycan pasportu alaraq ölkə cəmiyyətinə reinteqrasiya olunmalıdırlar.
Hər şey sadədir.
Elçin Alıoğlu
TREND
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
XƏBƏR LENTİ
-
Neftçi 1000-ci oyununa çıxır
-
Süni intellekt öz gələcəyini özü hazırlayır: Təhlükəli mərhələ başlayır
-
“Alya”nın ağlama səhnəsi müzakirə yaratdı – (Video)
-
Zaqatalada 52 yaşlı kişinin meyiti tapıldı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Xətai və Sabunçuda qaz kəsiləcək
-
Bakının bir sıra ərazilərində işıq olmayacaq
-
"Aşk-ı Memnu"nun məşhur aktrisası vəfat etdi - (Foto)
-
Avropa Liqası: “Beşiktaş” Fransa nəhəngini darmadağın etdi
-
Nə yaşıl, nə də qara: Ən sağlam çay məlum oldu
-
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın





