Siyasət

Prezident İlham Əliyev “Total Energies”in baş icraçı direktorunu qəbul edib - VİDEO

31 Avqust 2023 10:14
Baxış: 814

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də "Total Energies" şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə "Abşeron" yatağında hasilatın başlanılması vurğulandı və layihənin parametrləri barədə dövlətimizin başçısına ətraflı məlumat verildi. Qeyd edildi ki, hasilat quyusu ən məhsuldar və ən aşağı karbon tullantılarına malik quyudur. Bu da yatağın potensialının zənginliyinin və perspektivinin aydın göstəricisidir.

Söhbət zamanı "Total Energies" şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, o cümlədən "Abşeron" yatağının tam işlənmə mərhələsinə keçməsi barədə fikir mübadiləsi aparıldı, şirkət tərəfindən layihələrdə iştirakla bağlı maraq ifadə olundu. Ölkə ərazisində, o cümlədən Naxçıvanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi perspektivi və potensialı müzakirə edildi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.