Siyasət

Erməni lobbisinin məqsədi Türkiyə-Ermənistan münasibətlərinin... – Ömer Çelik

1 Avqust 2023 23:44
Baxış: 847

Erməni lobbisinin məqsədi Türkiyə-Ermənistan münasibətlərinin qarşısını almaqdır.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə bu barədə AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik deyib.

"Disney" platforması erməni lobbisinin təzyiqinə məruz qalaraq "Atatürk" serialını efirə vermədən ləğv edib.

"Sözügedən platformanın bu münasibəti Türkiyə Cümhuriyyətinin və millətimizin dəyərlərinə hörmətsizlikdir. Əvvəllər də müxtəlif hallarda qeyd etdiyimiz kimi, ABŞ-dakı bu qondarma soyqırım şəbəkəsi tarixi hadisələrdən yalan siyasəti üçün alət kimi istifadə edir." - deyə Çelik qeyd edib.

O bildirib ki, bu şəbəkələrin fəaliyyətləri Atatürk və Türkiyə Cümhuriyyətinə zərər yetirə biləcək gücdə deyil.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.